14 İyul 2024, 15:24
FUTBOL
Bu gün Amerika Kuboku 2024-də üçüncü yer uğrunda Kanada və Uruqvay komandaları mübarizə aparıb.
Matc.az xəbər verir ki, uruqvaylılar rəqiblərini penaltilər seriyasında məğlub edərək bürünc medala sahib olublar.
Qarşılaşma Şarlottadakı “Bank of America” stadionunda baş tutub. Stadionun ümumi tutumu 74 867 nəfərdir, lakin tribunalarda cəmi 24 386 azarkeş olub. Müvafiq olaraq, tribunalar cəmi 32,6% dolu olub. Bu, Amerika Kuboku 2024 üçün ən pis nəticədir.
Xatırladaq ki, Amerika Kuboku 2024-ün final matçı iyulun 15-i səhər saatlarında baş tutacaq.