13 İyul 2024, 19:24
FUTBOL
Avstriyada təlim-məşq toplanışı keçən “Qarabağ”ın yoxlama oyunlarının vaxtı açıqlanıb. Qurban Qurbanovun komandası iyulun 16-da son iki yoxlama oyununa çıxacaq.
Avstriyada təlim-məşq toplanışı keçən “Qarabağ”ın yoxlama oyunlarının vaxtı açıqlanıb.
Matc.az xəbər verir ki, Qurban Qurbanovun komandası iyulun 16-da son iki yoxlama oyununa çıxacaq.
Azərbaycan çempionu ilk görüşdə Xorvatiya təmsilçisi “Slaven” (Belupo) ilə “Sportplatz Volders” stadionunda saat 15:00-da qarşılaşacaq. “Qarabağ” günün ikinci matçında isə “Əl Şabab”la (BƏƏ) “Silberstadt Arena”da saat 19:00-da qüvvəsini sınayacaq.
Xatırladaq ki, “Qarabağ” toplanış çərçivəsində ilk iki oyununu iyulun 9-da “Kayzerslautern” (1:3) və “Viktoriya”ya (2:1) qarşı keçirib.