17 yaşlı ispaniyalı hücumçu Lamin Yamal AVRO-2024-ün İngiltərə ilə final oyunu ərəfəsində son vaxtlar həm futbolçu, həm də şəxsiyyət kimi çox dəyişdiyini qeyd edib.

Matc.az xəbər verir ki, o, bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

“Son dörd ayda həm insan, həm də futbolçu kimi çox dəyişdim. Mən daha inamlı və fiziki cəhətdən daha güclü oldum. Hələlik işlərin necə getməsindən çox razıyam”.

Xatırladaq ki, Yamal dünya və Avropa çempionatları tarixində ən gənc qol vuran futbolçu olub. AVRO-2024-ün yarımfinalında Fransa ilə görüşdə Yamal hesabı bərabərləşdirib və ispanlar sonda 2:1 hesabı ilə əzimkar qələbə qazanıblar. Görüşdə həlledici qolu isə Dani Olmo vurub.

AVRO-2024-ün İspaniya - İngiltərə final oyunu iyulun 14-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest