13 İyul 2024, 22:32
FUTBOL
Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün növbəti yoxlama görüşünə çıxıb.
Matc.az xəbər verir ki, Bakı klubu Ukrayna təmsilçisi “Krivbas” ilə qarşılaşıb.
Brejitse stadionunda baş tutan qarşılaşmada tərəflər hərəyə iki qol vuraraq heç-heçəyə razılaşıblar. “Sabah”ın ilk qolunu Coy-Lens Mikels vurub. İkinci qolu isə rəqib futbolçusu öz qapılarına vurub.
Qeyd edək ki, komanda ilk yoxlma matçında yerli “Koper” üzərində 1:0 hesablı qələbə qazanıb. Serbiya təmsilçisi “Çukariçki” ilə ikinci sınağında isə oyunda hesab açılmayıb.
Yoxlama görüşü
13 iyul
“Sabah” – “Krivbas” - 2:2
Brejitse stadionu.