Belçika şəhərləri “siyasi həssaslıq”, həmçinin həddən artıq ciddi təhlükəsizlik tədbirlərinin təmin edilməsi zərurətinə görə bu görüşü təşkil etmək istəmir.

Sentyabrın 6-da Belçika ilə İsrail arasında keçiriləcək Millətlər Liqasının qrup mərhələsinin I turunun oyununa ölkənin heç bir şəhəri ev sahibliyi etmək istəmir.

Matc.az xəbər verir ki, bu barədə HLN məlumat yayıb.

Bildirilir ki, Belçika şəhərləri “siyasi həssaslıq”, həmçinin həddən artıq ciddi təhlükəsizlik tədbirlərinin təmin edilməsi zərurətinə görə bu görüşü təşkil etmək istəmir. Hazırda oyunun ölkə xaricində keçirilməsi üçün UEFA ilə danışıqlar aparılır. Belçika və İsrail yığmaları arasında qarşılaşmanın Macarıstanda, “Panço Arena” stadionunda keçirilə biləcəyi vurğulanır.

Xatırladaq ki, Belçika millisi 1/8 finala yüksəldiyi AVRO-2024-də iştirak edib. Bu mərhələdə Belçika yığması Fransaya 0:1 hesabı ilə uduzub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest