Yeni mövsüm hazırlıqlarını Türkiyədə davam etdirən “Neftçi” bu gün Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Matc.az xəbər verir ki, Roman Qriqorçukun baş məşqçilik etdiyi komanda Türkiyə Superliqası təmsilçilərindən “Alanyaspor”la qarşılaşıb.

Oyun “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"nin heyətində Höccət Haqverdi, Emin Mahmudov və Yuri Matias fərqənib.

Qeyd edək ki, “ağ-qaralar” Türkiyədə daha 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

Yoxlama görüşü
13 iyul

“Alanyaspor” – “Neftçi” - 1:3
Erzurum, Yüksek İrtifa” məşq mərkəzinin stadionu 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest