“Real” yeni hücumçusu Kilian Mbappenin formasının satışına başlayıb.

Matc.az xəbər verir ki, satışların ilk günündə Madrid klubu onlayn mağaza vasitəsilə 7 mindən çox oyunçu forması satıb və 800 min avro qazanıb.

İyunun 3-də Mbappe rəsmi olaraq “Real” oyunçusu olub. Bundan sonra mətbuatda fransalı hücumçunun maaşının ildə 30 milyon avro və vurulan qollara görə bonus olacağı bildirilir. Mbappenin müqaviləsinə 1 milyard avroluq təzminat da daxildir.

Qeyd edək ki, Madrid klubu fransalı hücumçunun rəsmi təqdimat mərasiminin iyulun 16-da baş tutacağını açıqlayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest