13 İyul 2024, 09:17
FUTBOL
“Mançester Siti”nin hücumçusu Julian Alvares klub rəhbərliyindən onu transferə çıxarılmasını xahiş edib.
Matc.az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.
Bildirilir ki, 24 yaşlı futbolçu ötən mövsümün sonunda “Mançester Siti”dən təklif olunan hazırkı müqaviləni uzatmaqdan imtina edib. Qeyd olunur ki, Alvares onun transferi üçün klubun münasib qiymət təyin etməsini istəyir.
Qeyd edək ki, ötən mövsüm Alvares bütün yarışlarda 54 matçda iştirak edib, 19 qol vurub, 13 məhsuldar ötürmə edib. 24 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.