Azərbaycan I Liqasının 2023/24 mövsümünün qalibi mükafatlandırılıb. Matc.az xəbər verir ki, liqanın çempionu adını qazanan "Şamaxı" klubuna kubok təqdim olunub.

Azərbaycan I Liqasının 2023/24 mövsümünün qalibi mükafatlandırılıb. Matc.az xəbər verir ki, liqanın çempionu adını qazanan "Şamaxı" klubuna kubok təqdim olunub.

Şamaxı şəhər stadionunda keçirilən tədbirdə əvvəlcə oyunçular, məşqçilər və klub rəsmiləri medallarını alıblar. Ardınca isə I Liqanın qalibi kuboku başı üzərinə qaldırıb.

Mükafatlar Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Peşəkar Futbol Liqasının rəsmiləri Məlik Həsənov və Elgiz Abbasov tərəfindən təqdim olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest