“Bavariya” yeni baş məşqçi axtarışlarını davam etdirir. Matc.az xəbər verir ki, Münhen klubu daha bir mütəxəssisi gündəmə gətirib.

“Strasburq”un çalışdırıcısı Patrik Vieyradan sonra indi də “Brentford”un baş məşqçisi Tomas Frank Almaniya nəhənginin maraq dairəsinə düşüb. Rəhbərlik danimarkalını dəvət etmək variantını nəzərdən keçirir. Frank “Bavariya”nın qısa siyahısındadı.

Qeyd edək ki, “Bavariya” hazırkı baş məşqçisi Tomas Tuxellə mövsümün sonunda yollarını ayıracaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest