18 May 2024, 12:32
                
                
                
                                MPL 
                                
                
               
              
				  
 
Azərbaycan Premyer Liqasında 35-ci turun üç oyununun VAR təyinatları açıqlanıb.
Matc.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Səbail” – “Neftçi” və “Sabah” – “Sumqayıt” qarşılaşmalarında VAR-a əcnəbi hakimlər rəhbərlik edəcək.
Qeyd edək ki, bu, Azərbaycan Premyer Liqası tarixində ilkdir.
18 may (şənbə)
	17:00. “Sabah” – “Sumqayıt”
	VAR: Natan Verbumen (Belçika)
	AVAR: Əliyar Ağayev
	17:00. “Səbail” – “Neftçi”
	VAR: Devid Qersini (İtaliya)
	AVAR: Eyyub İbrahimov
	17:00.“Kəpəz” – “Zirə”
	VAR: Elçin Məsiyev
	AVAR: Pərvin Talıbov      

 
             
 















