Bu gün Avropa Liqasında finalçılar bəlli olub. Matc.az xəbər verir ki, yarımfinal mərhələsinin hər iki cavab oyunu keçirilib.
“Atalanta” Fransada heç-heçə etdiyi “Marsel”i bu dəfə doğma arenasında qəbul edib. Görüş "Atalanfa"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ümumi hesabda 4:1 üstün olan italiyalılar finala vəsiqə qazanıb.
Cari mövsüm bütün turnirlərdə məğlubiyyət üzü görməyən “Bayer” isə öz meydanında “Roma”nı sınağa çəkib. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Ümumi hesabda 4:2 qələbə qazanan Leverkuzen təmsilçisi adını finala yazdırıb.
Avropa Liqası
Yarımfinal, cavab oyunları
9 may
“Atalanta” (İtaliya) – “Marsel” (Fransa) 3:0
Qollar: Lukman, 30. Ruqqeri, 52. El Bilal, 90+4
Baş hakim: Xesus Gil Manzano (İspaniya)
Berqamo, “Qeviss” stadionu
İlk oyun – 1:1
23:00. “Bayer” (Almaniya) – “Roma” (İtaliya) 2:2
Qollar: Mancini, 82. Stanisiç, 90+7. - Paredes, 43 (p), 66 (p).
Baş hakim: Denni Makkiele (Niderland)
Leverkuzen, “BayArena”
İlk oyun – 2:0