İspaniya La Liqasının 32-ci turunun oyunları keçirilib.

Matc.az xəbər verir ki, "Real" evdə "Barselona"nı qəbul edib. Görüş "kral klubu"nun 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb. Görüşdə Madrid klubunun qollarını 18-ci dəqiqədə Vinisius Junior, 73-cü dəqiqədə Lukas Vaskez və 90+1-ci dəqiqədə Cud Belligem vurublar. Kataloniyalıların heyətində isə 8-ci dəqiqədə Kriştensen və 69-cu dəqiqədə Fermin Lopez fərqlənib. 

Bu qələbədən sonra "Barselona" ilə olan xal fərqini 11-ə artıran paytaxt təmsilçisi, çempionluğa 1 addım da yaxınlaşıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest