"Onların hücumlar qurmaq bacarığı həqiqətən diqqətəlayiqdi. Məni heyran qoyan digər məqam isə komandamızın möhkəm dayanması oldu. "Liverpul" əla formadadı, lakin biz bu qələbəyə layiq idik. Oyunçular böyük tərifə layiqdirlər"
"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının IX turunda "Liverpul" üzərində qazanılan 1:0 hesablı səfər qələbəsini şərh edib. Matc.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən ispaniyalı mütəxəssis oyunun komanda üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:
"Bu matç klubumuzla bağlı olan hər kəs üçün xüsusi idi. "Enfild"də 14 il qələbə qazana bilməmək – bu, çox uzun müddətdir. "Flitvud"a məğlubiyyətdən sonra qərara gəldik ki, hər şeyin bir səbəbi var; bu, bizdə uğur qazanmaq istəyini daha da alovlandırdı. Komandanın bu gün əldə etdiyi nəticə sadəcə inanılmazdır".
Oyunun gedişatını və rəqibin gücünü dəyərləndirən baş məşqçi qarşılaşmanın gərgin keçdiyini vurğulayıb:
"Oyunun gedişatı zaman-zaman dəyişirdi və biz altı-yeddi qol imkanı yaratdıq. Lakin hər dəfə səhv ötürmə verəndə rəqib dərhal topu geri qaytarmaq üçün təzyiq göstərirdi, bu da xaos yaradırdı. Onların hücumlar qurmaq bacarığı həqiqətən diqqətəlayiqdi. Məni heyran qoyan digər məqam isə komandamızın möhkəm dayanması oldu. "Liverpul" əla formadadı, lakin biz bu qələbəyə layiq idik. Oyunçular böyük tərifə layiqdirlər".
Xatırladaq ki, "Arsenal" bu qələbə sayəsində turnir cədvəlindəki mövqeyini daha da möhkəmlədib.












