Madrid “Real”ının yarımmüdafiəçisi Cud Bellinqem La Liqanın 11-ci turunda “Racinq” üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib. Matç.az xəbər verir ki, ingiltərəli futbolçu komandasının ikinci qolunu vurub və bu, onun “kral klubu”ndakı 50-ci qolu olub.
Bellinqem klubun rəsmi saytına açıqlamasında komandanın oyunundan məmnun olduğunu bildirib: “Çox yaxşı oynadıq. “Kamp Nou”dakı uğurumuzdan sonra yenidən qələbə qazanmaq çox vacib idi, buna görə də çox şadıq”.
Xatırladaq ki, “Real” 10-cu turda “Barselona”nı səfərdə 2:1 hesabı ilə məğlub etmişdi.
Futbolçu 50 qol həddinə çatmağın onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Real”da 50 qol həddinə çatmaq xüsusi bir nailiyyətdir. Təkcə mənim və şəxsi statistikam üçün deyil, həm də komanda üçün uğurdu. Hər bir oyunçunun qol vurması və matçların nəticəsinə təsir etməsi çox önəmlidir. Bəzən bu, Mbappe, Vini Junior, Arda Güler və ya mən ola bilərəm; əsas odur ki, hər kəs komandaya öz töhfəsini versin. Ən vacib məqam da elə budur”.
Bu qələbədən sonra “Real” 11 oyunda 27 xal toplayaraq turnir cədvəlində üçüncü yerdə qərarlaşıb.












