İspaniya çempionatının 32-ci turunun matçında "Jirona" doğma meydanda "Kadis"i məğlub edib - 4:1.
 
Matc.az xəbər verir ki, bu oyundakı qələbə "Jirona"nın növbəti mövsümdə avrokuboklarda iştirakını təmin edib. La Liqanın bitməsinə 6 tur qalmış "Jirona" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və Avropa Liqasında iştirak hüququ verən altıncı yerdən aşağı düşməyəcək. Eyni zamanda, klubun Çempionlar Liqasında çıxış etməyi gözlədiyi və bunun üçün yaxşı şansın olduğu da göz qabağındadır.
 
İspaniya mətbuatının yazdığına görə, "Jirona" tarixində ilk dəfə Avropa yarışlarında mübarizə aparacaq. Klub 1930-cu ildə yaradılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest