“Bu, futboldur. Futbolda bəzən belə hallar olur. Say üstünlüyü olsa da, məğlub olursan”.
"Neftçi" Azərbaycan Premyer Liqasının 31-ci turunda səfərdə "Zirə"yə 1:3 hesabı ilə məğlub olub.
Matc.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Miodraq Bojoviç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"İlk hissədə yaxşı oynayırdıq. Rəqib azlıqda qalana qədər oyuna nəzarət edən tərəf biz idik. Rəqib qırmızı vərəqə gördükdən sonra oyunçularım düşündülər ki, daha asan qələbə qazanacaqlar. "Zirə" azlıqda qalandan sonra toparlandı. İki standart vəziyyətdən qapımıza qol vurdular. Bu, gözlənilməz oldu. Öz səhvlərimizlə rəqibə 2 qol hədiyyə etdik".
- 10 nəfərlə qalan rəqibə məğlub olursuz. Nə baş verir?
- Bu, futboldur. Futbolda bəzən belə hallar olur. Say üstünlüyü olsa da, məğlub olursan. Buna görə də hamı futbolu bu qədər sevir. Öncədən proqnozlaşdırmaq mümkün deyil. Mən də inanmazdım ki, say üstünlüyü ilə məğlub olarıq.