"Real"ın qapıçılar üzrə baş məşqçisi Luis Llopis Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Mançester Siti" ilə penaltilər seriyasından əvvəl Andrey Luninə ipucu verib.
 
Matc.az xəbər verir ki, bu barədə "AS" məlumat yayıb. Oyun aprelin 17-də baş tutub və penaltilər seriyasında madridlilərin qələbəsi ilə yekunlaşıb (1:1, 4:3). Ukraynalı qapıçı 11 metrlik 2 zərbəni dəf edib: Mateo Kovaçiç və Bernardo Silva. Portuqaliyalı qapının mərkəzindən vurduğu zərbəni yerində qalan qapıçı tutub.
 
Mənbənin sözlərinə görə, Lunin Llopisin məsləhəti sayəsində qapının mərkəzində qalıb. O, Luninə "Siti"nin oyunçularından birinin "panenka" üslubunda zərbə vurmağa qərar verəcəyini deyib, ona intuisiyaya güvənməyi məsləhət görüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest