Rusiya Premyer Liqasında XXIV tur davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" da növbəti oyununu keçirib.

Samara təmsilçisi paytaxtda "Dinamo"nun qonağı olub. Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmaya start heyətində başlayan Şeydayev 68-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 24 oyundan sonra aktivində 27 xal olan "Krılya Sovetov" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest