16 Aprel 2024, 15:48
FUTBOL
“Çelsi” Enzo Fernandeslə müqaviləni yeniləyib. Matc.az xəbər verir ki, argentinalı yarımmüdafiəçinin sözləşməsinin uzadılması variantı klub tərəfindən aktivləşdirilib.
23 yaşlı dünya çempionunun müqaviləsi 2032-ci ilin yayına kimi uzadılıb. Oyunçunun əməkhaqqısı da artırılıb. Belə ki, Fernandesin həftəlik qazancı artıq 180 min funt-sterlinq təşkil edir.
Qeyd edək ki, “Çelsi” Enzo Fernandesi ötən il “Benfika”dan transfer edib.