Andrey Lunyov mövsümün sonunda “Qarabağ”dan ayrılmaq hüququna malikdi. Matc.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan çempionunun 32 yaşlı qolkiperlə müqavilə bəndində yer alan 1 illik uzadılma şərtini birtərəfli şəkildə aktivləşdirmək hüququ yoxdu. Belə ki, bunun üçün ağdamlılar Lunyovla anlaşmalıdılar. Əks təqdirdə, FİFA sözləşmənin birtərəfli uzadılması variantını tanımayacaq.

Bir sözlə, Andrey Lunyov istənilən klubla danışıq apara və yayda azad agent kimi Ağdam təmsilçisini tərk edə bilər.

Qeyd edək ki, Lunyov cari mövsüm Azərbaycan klubunun heyətində 29 oyunda 38 qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest