“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer klubun tarixinə düşüb. Matc.az xəbər verir ki, 21 yaşlı futbolçu Premyer Liqanın XXXIII turunda “Everton”la oyunda bunu bacarıb.

Gənc oyunçu komandasının doğma “Stemford Bric”də 6:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada pokerə imza atıb. Bununla Palmer Premyer Liqada ardıcıl 7 ev oyununda qol vuran ilk “Çelsi”li olub. Onun bu seriyası 16 dekabr 2023-cü ildə başlayıb.

Qeyd edək ki, “Çelsi” hazırda 47 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest