Çempionlar Liqasında 1/4 final həyəcanı davam edir. Matc.az xəbər verir ki, sabah cavab oyunlarına start veriləcək.

İki gün ərzində baş tutacaq 4 qarşılaşma ilə yarımfinalçılar müəyyənləşəcək.

İlk gündə İspaniya komandalarından “Barselona” ev, “Atletiko” səfər matçına çıxacaq. Hər iki klub birinci görüşündə minimalhesablı qələbə qazanıb.

Ertəsi gün İspanyanın digər təmsilçisi “Real” turnirin son qalibi “Mançester Siti”nin qonağı olacaq. “Bavariya” ilə “Arsenal” isə birincilərin meydanında qarşılaşacaq.

Çempionlar Liqası

1/4 final, cavab oyunları

16 aprel

23:00. “Barselona” (İspaniya) – PSJ (Fransa)

Baş hakim: İstvan Kovaç (Rumıniya)

Barselona, “Olimpik Lyuis Kompanis” stadionu

İlk oyun – 3:2

23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Atletiko” (İspaniya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Dortmund, “Siqnal İduna Park” stadionu

İlk oyun – 1:2

17 aprel

23:00. “Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə)

Baş hakim: Danni Makkelie (Niderland)

Münhen, “Allianz Arena”

İlk oyun – 2:2

23:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)

Baş hakim: Daniele Orsato (İtaliya)

Mançester, “Etihad” stadionu

İlk oyun – 3:3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest