15 Aprel 2024, 14:36
FUTBOL
İtaliya A seriyasının XXXII turunda lider “İnter” və ən yaxın izləyicisi “Milan” xal itirib. Matc.az xəbər verir ki, “neradzurra” “Kalyari” ilə (2:2), “rossonyerlər” isə “Sassuolo” ilə (3:3) bərabərə qalıb.
Bununla Simone İnzaqinin yetirmələri “Milan”la 14 xallıq fərqi qoruyub. Bu da o deməkdi ki, “İnter” artıq növbəti turda çempionluğunu rəsmiləşdirə bilər. Üstəlik, rəqib məhz “Milan” olacaq. Bunun üçün İnzaqinin kollektivinə qələbə lazım olacaq.
Qeyd edək ki, Milan derbisi aprelin 22-də keçiriləcək.