15 Aprel 2024, 11:01
FUTBOL
Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı “Yurqorden”in İsveç çempionatında keçirdiyi ardıcıl ikinci oyununda iştirak ərizəsinə düşməyib. Matc.az xəbər verir ki, 21 yaşlı forvard III turda “Sirius”la görüşü buraxıb.
Stokholm klubunun baş məşqçisi Tomas Laqerlöf bunun səbəbini açıqlayıb. O, Qurbanlının oynamamasını rəqabətlə əlaqələndirib: “Komandada rəqabət yüksək səviyyədədi. Oyunlar zamanı iştirak ərizəsinə 20 oyunçu salmaq olur. Komandamızın bütün mövqelərində tarazlıq olmalıdı. “Sirius”la matç öncəsi daha yaxşı seçimlərimiz olduğunu hiss etdik”.
Qeyd edək ki, “Sirius”u 2:0 hesabı ilə məğlub edən “Yurqorden” 7 xalla çempionata başçılıq edir.