Səudiyyə Ərəbistanı Superkubokunun “Əl-İttihad” - “Əl-Hilal” finalında xoşagəlməz hadisə yaşanıb. Matc.az xəbər verir ki, birincilərin 1:4 hesabı ilə məğlub olması azarkeşləri qəzəbləndirib.
 
Onlardan biri hətta komandanın hücumçusu Abderrazak Hamdallaha hücum çəkib. Belə ki, qarşılaşmanın ardından fanat oyunçunu təhqir edib. İdmançı buna cavab olaraq ona su atıb. Həmin azarkeş isə onu qamçı ilə vurub.
 
Cinayətkar polis tərəfindən saxlanılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest