“Liverpul” öz meydanında avrokuboklarda ən böyükhesablı məğlubiyyət rekordunu təkrarlayıb. Matc.az xəbər verir ki, bu, Avropa Liqasının 1/4 final mərhələsinin “Atalanta” ilə ilk ilk oyununa təsadüf edib.
 
“Qırmızılar” doğma arenasında İtaliya təmsilçisinə 0:3 hesabı ilə yenilib. Premyer Liqa klubu daha əvvəl avrokuboklarda “Real”la qarşılaşmalarda 3 top fərqli ev məğlubiyyəti almışdı. Bu, 2023 (2:5) və 2014-cü illərdə (0:3) reallaşıb.
 
Qeyd edək ki, “Atalanta” ilə “Liverpul” arasında İtaliyada təşkil olunacaq cavab görüşü aprelin 18-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest