Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
 
Matc.az xəbər verir ki, Birinci Liqa təmsilçisi “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır.
 
Klubun mətbuat katibi Mübariz Süleymanlının oxu.az-a verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının apardığı təhqiqat “İrəvan”da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb. Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir.
 
Qeyd edək ki, komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest