"Komanda əla oyun nümayiş etdirdi və bununla fəxr etməliyik. Barselonada oyun asan olmayacaq".

"Barselona"nın baş məşqçisi Xavi komandasının Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ-yə qarşı keçirdikləri oyun barədə danışıb.
 
Matc.az xəbər verir ki, mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib:
 
Komanda əla oyun nümayiş etdirdi və bununla fəxr etməliyik. Çempionlar Liqasını qazanmaq üçün qurulmuş komandaya qarşı "Barsa"nın necə çıxış etdiyini hamıya göstərdik.
 
PSJ hələ də favoritdir və Barselonada oyun asan olmayacaq. Artıq yolun yarısındayıq və hələ heç nə bitməyib".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest