09 Aprel 2024, 13:56
FUTBOL
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, Premyer Liqanın XXIX turunun oyunlarında qeydə alınan neqativ hallar qiymətləndirilib.
“Qarabağ”la görüşdə 6 futbolçusu sarı vərəqə alan “Səbail” 700 manat cərimələnib.
“Neftçi” ilə matçda 4 futbolçusu sarı vərəqə alan “Sumqayıt” da eyni məbləğdə xərcə düşəcək. Qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxsin daxil olması isə “Neftçi”yə 800 manata başa gəlib.