Azərbaycan Premyer Liqasının XXIX turunda “Turan Tovuz”la səfər oyunu “Sabah” üçün ikiqat uğursuzluqla yadda qalıb. Matc.az xəbər verir ki, Bakı təmsilçisi həm 0:2 hesabı ilə məğlub olub, həm də səfərdə 100-cü qolu buraxıb.

Bu qarşılaşmaya qədər “Sabah” Azərbaycan çempionatlarında qonaq meydanında 99 dəfə mərkəzə dəvət olunmuşdu. Tovuzluların ilk qolu “Sabah”ın səfərdə buraxdığı 100-cü top olub. Buna braziliyalı hücumçu Aleks Souza imza atıb.
“Sabah” 85 səfər qarşılaşmasında qapısında 101 top görüb. Komanda 2018-19 mövsümündən Premyer Liqada çıxış edir.