04 Aprel 2024, 18:24
FUTBOL
"Barselona" hələ də mərkəz müdafiəçisi Jül Kundenin gələcəyi ilə bağlı qərar verməyib.
Matc.az xəbər verir ki, fransız futbolçu yay "transfer pəncərəsi"ndə satışa çıxarıla bilər. Onunla Fransanın "Bordo" klubu yaxından maraqlanır. Onun adı, digər "Barselona" oyunçularına da göz dikən PSJ klubu ilə tez-tez hallandırılır.
Kunde bu mövsüm 1 qol vurub və 2 məhsuldar ötürmə edib. 2022-ci ilin yayında kataloniyalılar Jülin transferi üçün 50 milyon avrodan çox pul ödəmişdi.