“Bavariya”nın idman direktoru Maks Eberl ispaniyalı mütəxəssis Xabi Alonsonun növbəti mövsümü də “Bayer”də keçirmək qərarını şərh edib. Matc.az xəbər verir ki, Münhen klubunun rəsmisi buna təəccüblənmədiyini bildirib.

“Alonso layiqli mütəxəssisdi. Mən onu çoxdan, hələ “Real Sosyedad”da çalışdığı dönəmdən tanıyıram. Ona görə də Xabinin “Bayer”də qalacağı mənə aydın oldu”, - deyə Eberl söyləyib.

Qeyd edək ki, Xabi Alonso “Bavariya”, “Real” və “Liverpul”un maraq dairəsindədi. Onun bir il sonra “Real”da Karlo Ançelottini əvəzləmək üçün daha bir mövsüm “Bayer”də qalması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest