Milli Futbol Liqasının (NFL) keçmiş oyunçusu Vontey Devis 35 yaşında vəfat edib. Matc.az xəbər verir ki, “Mayami Dolfins” və “İndianapolis Koltsun” sabiq oyunçusunun cəsədi Floridadakı evində tapılıb.

Polisin hesabatında idmançının cəsədində zorakılıq nəticəsində ölüm əlamətlərinin olmadığı qeyd edilib. Bununla belə, polis hadisənin başvermə şəraitini araşdırmağa davam edir.

Qeyd edək ki, Devis NFL-də 121 oyun keçirib və 2018-ci ildə karyerasını bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest