İtaliya Superkuboku 2025-ci ilin yanvarında Səudiyyə Ərəbistanında keçiriləcək.
 
Matc.az xəbər verir ki, turnirin formatı əvvəlki kimi qalacaq. 4 komanda iştirak edəcək: İtaliya kubokunun finalçısı və qalibi, həmçinin A Seriyasının çempionu və vitse-çempionu.
 
Xatırladaq ki, sonuncu İtaliya Superkuboku da Səudiyyə Ərəbistanında (Ər-Riyad) keçirilib. Kubokun son sahibi “İnter”dir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest