“Barselona”nın yarımmüdafiəçisi Pedri zədəsini sağaldıb. Matc.az xəbər verir ki, 21 yaşlı futbolçu kollektivlə məşqlərə qoşulub.

İspaniya millisinin üzvü Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ-yə qarşı keçiriləcək ilk oyuna yetişə bilər. Baş məşqçi Xavi həmin matçda onun xidmətindən yararlanmaq niyyətindədi.

Pedri martın 3-də sağ bud əzələsindən zədə almışdı. Yarımmüdafiəçi bu mövsüm artıq iki dəfə oxşar problemlə üzləşib.

Qeyd edək ki, “Barselona” ilə PSJ arasında ilk görüş aprelin 10-da Fransada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest