Apellyasiya Arbitraj Tribunalı aşağı yaş qrupu komandası “Lion”la bağlı qərarını açıqlayıb. Matc.az xəbər verir ki, qurum klubun apellyasiya şikayətini qismən təmin edib. U-15 Liqasında “Səbail”lə oyundan sonra “Lion”un azarkeşləri tərəfindən hakimlər təhqir edilmiş, onlara hədə-qorxu gəlinmişdi.

Apellyasiya Arbitraj Tribunalı aşağı yaş qrupu komandası “Lion”la bağlı qərarını açıqlayıb. Matc.az xəbər verir ki, qurum klubun apellyasiya şikayətini qismən təmin edib.

U-15 Liqasında “Səbail”lə oyundan sonra “Lion”un azarkeşləri tərəfindən hakimlər təhqir edilmiş, onlara hədə-qorxu gəlinmişdi. Bu üzdən AFFA İntizam Komitəsi komandanın 3 ev oyunu azarkeşsiz keçirməsini qərara almışdı. Lakin Apellyasiya Arbitraj Tribunalı bu qərarı ləğv edib.

İş yenidən baxılması üçün İntizam Komitəsinə göndərilib.

Eyni zamanda tərəflər qərardan Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət edə bilərlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest