Rusiya gənclər millisinin həkimi İvan Aqapov San-Paulo hava limanında bir nəfərin həyatını xilas edib. Matc.az xəbər verir ki, bunu həkim özü açıqlayıb.

O bildirib ki, hadisə San-Pauloda təkrar yoxlamadan keçdikləri zaman baş verib:

“Mətbuat katibi yanıma qaçaraq dedi ki, mühafizə məntəqəsində bir qadın xəstələnib. Əşyalarımı atıb onun yanına qaçdım. Qıcolması var idi, dilinin ilişib qalmasından əmin olmaq üçün onu yerə yıxaraq yana çevirdim. Bu, xəstənin rahat nəfəs alması və boğulmaması üçün lazımdı. Bir neçə dəqiqədən sonra hadisə yerinə həkim briqadası gəldi. Bu zaman qız artıq özünə gəlməyə və danışmağa başlamışdı”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest