İspaniya La Liqasında martın ən yaxşıları müəyyənləşib. Matc.az xəbər verir ki, ən yaxşı məşqçi “Vilyarreal”ın çalışdırıcısı Marselino Toral seçilib.

O, “Barselona”nın çalışdırıcısı Xavi və “Real”dakı həmkarı Karlo Ançelottini qabaqlayıb. “Vilyarreal” martda keçirdiyi 3 oyunda “Qranada” (5:1), “Betis” (3:2) və “Valensiya”nı (1:0) məğlub edib.

Bundan başqa, “Barselona”nın mərkəz müdafiəçisi Pau Kubarsi 23 yaşa qədər olanlar arasında ayın ən yaxşısı adına layiq görülüb.

Martın ən yaxşı qolunun müəllifi isə “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal olub. Onun La Liqanın XXVIII turunda “Malyorka” ilə qarşılaşmadakı qələbə (1:0) qolu ən yaxşı seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest