“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov “Match TV”yə müsahibə verib. Matc.az xəbər verir ki, 32 yaşlı qolkiper bir neçə məsələyə münasibət bildirib.

Azərbaycan çempionatı ilə bağlı təəssüratlarını bölüşən Lunyov “Qarabağ”dak gələcəyindən də bəhs edib.

- Azərbaycan çempionatındakı durumdan razısınız?

- Azərbaycan çempionatı 10 komandanın iştirak etdiyi turnirdi. Dörd dairə oynayırıq. Düzünü desəm, yaxşı mənada təəccübləndim. Çünki “Qarabağ”ın futbolçuları mənə dedilər ki, burada avrokuboklar gedəndə əylənirsən. Amma Avropa macərası bitənə qədər vəziyyət çətin olur. Atmosfer isə məyusedicidi: stadionlara çox az tamaşaçı gəlir. Hiss olunur ki, rəsmi deyil, bir növ yoldaşlıq oyunu keçirirsiniz. Bu, əvvəllər oynadığım komandalardan fərqlidi.

- Reziuan Mirzova qarşı “Neftçi” – “Qarabağ” derbisi necə keçir?

- Yaxşı. Son matçda biz 2:1 hesabı ilə öndə olanda o, meydana daxil oldu. Ancaq məlum məsələdi ki, 5-10 dəqiqəyə özünü göstərmək çətin olur.

- “Qarabağ”a keçmək məqsədiniz nə idi?

- “Qarabağ”a konkret məqsədlə gəlmişəm. Zədədən və “Bayer”də oynamaq baxımından uğursuz dönəmdən sonra qarşıma konkret hədəf qoyulmuşdu – stabil və yaxşı vəziyyətə qayıtmaq, futbola dönmək.

- Bu alınır?

- Qismən. Mövsümün sonunda neçə faiz alındığını dəqiq deyəcəyəm.

- “Qarabağ” əyləncəli komandadı?

- Bir tərəfdən gülməyə, zarafata da yer var. Amma eyni zamanda ən sərt intizam hökm sürür. Stanislav Çerçesovun dövründə Rusiya millisində təbəssüm olmadan ciddi işlər görülürdüsə, burada daha çətindi.

- Gələcəyinizi bu klubda görürsünüz?

- Baxacağıq. Müqaviləm olduğu müddətdə çempionat davam edir, kubokun yarımfinalında oynayırıq. Məqsəd hər şeyi qazanmaqdı.

- Müqavilənin uzadılması ehtimalı var?

- Söhbət oldu. İndi, belə demək mümkünsə, hələ danışıqlar mərhələsindəyik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest