23 Mart 2024, 22:00
FUTBOL
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlunu dəstəkləyib.
Matc.az xəbər verir ki, mütəxəssis türkiyəli futbolçunu tərifləyib:
“Hakan çox yetkin futbolçudur. O, oyunu idarə etməyi bacarır. Mən onu həqiqətən də görkəmli futbolçu hesab edirəm və ona edilən tənqidi başa düşmürəm”.
Xatırladaq ki, Vinçenzo Montella ötən ilin sentyabrında Türkiyə millisini çalışdırıb. Hakan Çalhanoğlu millidə 83 oyun keçirib.