22 Mart 2024, 17:17
FUTBOL
“Real” “Bavariya”nın müdafiəçisi Alfonso Devisin keçidinə hazırlaşır. Mat.az xəbər verir ki, klublar arasında bununla bağlı ilkin razılıq əldə edilib.
Şifahi anlaşmaya əsasən, almanlar transferdən 50 milyon avro qazanacaq. “Kral klubu” 23 yaşlı sol cinah müdafiəçisinə isə illik 10 milyon avro maaş təklif edəcək. “Bavariya” kanadalıya bu qədər məvacib vermək iqtidarında olmadığından, transferə qarşı çıxmayıb.
Qeyd edək ki, Alfonso Devis bu mövsüm bütün turnirlərdə 31 oyunda iştirak edib. Müdafiəçinin klubla müqaviləsi 2025-ci ilin yayına kimidi.