21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, F qrupunda qərarlaşan komandamız İngiltərə ilə üz-üzə gəlib. Samir Əliyevin yetirmələri güclü rəqibi “Qarabağ Arena”da qəbul edib.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, F qrupunda qərarlaşan komandamız İngiltərə ilə üz-üzə gəlib.
Samir Əliyevin yetirmələri güclü rəqibi “Qarabağ Arena”da qəbul edib. İlk 4 oyununda 3 xal qazanan komandamız bu dəfə də meydanı məğlub tərk edib. 5:1 hesablı qələbə qazanan ingilislər xallarının sayını 15-ə yüksəldiblər.
Avropa çempionatının seçmə mərhələsi
F qrupu
22 mart
Azərbaycan – İngiltərə - 1:5
Qollar: Ramin Nəsirli, 83 - Harvi Elliot, 25, 67, Noni Madueke, 29, Jayden Filoyen, 53, Arçi Qrey, 88
Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina)
Bakı, “Qarabağ Arena”
Azərbaycan: 12. Rüstəm Samiqullin, 4. Cəlal Hüseynov, 15. Süleyman Damadayev, 19. Qurban Səfərov, 13. Seymur Məmmədov, 20. Rüfət Əhmədov, 11. Emil Səfərov, 9. Nəriman Axundzadə, 8. Fərid Yusifli, 7. Camal Cəfərov, 18. Ağadadaş Salyanski
Ehtiyat oyunçular: 22. Amin Ramazanov, 2. Abdulla Rzayev, 5. Nazim Həsənzadə, 6. Zeynəddin Abdurahmanov, 10. Samir Abdullayev, 14. Ayxan Süleymanlı, 17. Murad Vəliyev, 21. İbrahim Ramazanov, 23. Ramin Nəsirli
Baş məşqçi: Samir Əliyev
İngiltərə: 1. Ceyms Trafford, 3. Kallum Doyl, 23. Natan Vud, 5. Teylor Harvud-Bellis, 2. Riko Lyuis, 10. Ceyms Makate, 6. Tayler Morton, 19. Harvi Elliot, 20. Morqan Rocers, 7. Jayden Filoyen, 11. Noni Madueke
Ehtiyat oyunçular: 13. Samuel Tikl, 4. Karell Kuansah, 9. Cey Stansfild, 12. Bruuk Norton-Koffi, 14. Aleks Skott, 15. Çarli Kressuell, 17. Samuel İlinq-Junior, 18. Arçi Qrey, 21. Ceymi Bayno-Gittens
Baş məşqçi: Li Karsli