Braziliya millisinin sabiq futbolçusu Robinyo 9 il müddətinə azadlıqdan məhrum edilib. Matc.az xəbər verir ki, buna səbəb onun Milandakı gecə klubunda 23 yaşlı bir qadını zorlamasıdı. Bununla bağlı hökm ilk olaraq 2022-ci ilin yanvarında İtaliya məhkəməsi tərəfindən verilib.

Braziliya millisinin sabiq futbolçusu Robinyo 9 il müddətinə azadlıqdan məhrum edilib. Matc.az xəbər verir ki, buna səbəb onun Milandakı gecə klubunda 23 yaşlı bir qadını zorlamasıdı.

Bununla bağlı hökm ilk olaraq 2022-ci ilin yanvarında İtaliya məhkəməsi tərəfindən verilib. Braziliya konstitusiyası vətəndaşlarının ekstradisiyasına icazə vermədiyi üçün Robinyo cəzasını Braziliyada çəkməli olacaq.

Keçmiş hücumçu ədalətdən qaçan və Santosdan çox da uzaq olmayan azad həyat sürən bir adam idi.

İtaliya məhkəmə sistemi Robinyonun cəzasını öz ölkəsində çəkməsi xahişi ilə Braziliya hakimiyyətinə müraciət edib. Ali Məhkəmə onun cəzasını dərhal çəkməli olduğuna qərar verib.

Qeyd edək ki, Robinyo Braziliya millisinin heyətində 100 oyunda 28 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest