Beləliklə, yığmamız qrupu 3 xalla 3-cü pillədə başa vurub.

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda B liqasının 2-ci qrupunda son oyununu keçirib. Matc.az xəbər verir ki, yığmamız Moldova ilə qarşılaşıb.
 
Bolqarıstanda keçirdiyi ilk iki görüşündə xal qazana bilməyən komandaların duelində komandamız böyükhesablı qələbə qazanıb - 4:1. Komandamızın heyətində Ayşən Salamzadə (7-ci dəqiqə), Arzu Cəfərova (25), Vahidə Əlipaşayeva (63) və Xanım Əsədova (78) fərqlınib.
 
Beləliklə, yığmamız qrupu 3 xalla 3-cü pillədə başa vurub.
 
Qeyd edək ki, Azərbaycan millisi ilk iki görüşündə Bolqarıstana 1:6, Sloveniyaya isə 0:4 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest