20 Mart 2024, 10:06
FUTBOL
“Barselona”nın hücumçusu Robert Levandovski yayda klubunu dəyişə bilər. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi 35 yaşlı polşalı ilə yollarını ayırmağı planlaşdırır.
Ancaq Levandovskinin İspaniyada qalması da realdı. Çünki “Atletiko” onunla maraqlanır. Madrid təmsilçisi forvardın durumunu izləməkdə davam edir. Kataloniyalılar forvardını saxlamaq istəməsə, “Atletiko” transfer təklifi göndərəcək.
Qeyd edək ki, Robert Levandovski 2022-ci ilin yayında 45 milyon avroya “Bavariya”dan “Barselona”ya keçib. O, bu mövsüm bütün turnirlərdə keçirdiyi 39 oyunda 20 qol vurub, 9 məhsuldar ötürmə verib.