16 Mart 2024, 13:52
FUTBOL
Mövsümün sonunda PSJ-dən ayrılacaq daha bir futbolçu müəyyənləşib. Matc.az xəbər verir ki, qapıçı Keylor Navas Fransa klubunu tərk edəcək.
37 yaşlı qolkiperlə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə yenilənməyəcək. Bu isə o deməkdi ki, Navas yayda azad agent statusu daşıyacaq. Kosta Rika millisinin üzvü artıq bir neçə klubdan təklif alıb.
Qeyd edək ki, Keylor Navas PSJ-yə 2019-cu ildə “Real”dan keçib.