“Çox çətin oyun oldu”. Matc.az xəbər verir ki, bunu “Bayer”in hücumçusu Patik Şik deyib. Çexiyalı futbolçu Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ”la cavab matçını dəyərləndirib. O, 3:2 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, ağır mübarizə alındığını söyləyib.

“Çox çətin oyun oldu”. Matc.az xəbər verir ki, bunu “Bayer”in hücumçusu Patik Şik deyib.

Çexiyalı futbolçu Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ”la cavab matçını dəyərləndirib. O, 3:2 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, ağır mübarizə alındığını söyləyib:

“Qarabağ” Bundesliqadakı rəqiblərimizlə müqayisədə tam fərqli üslubda oynayır. Bu amil işimizi çətinləşdirdi. “Qarabağ” alqışa layiq oynadı. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq. Buna görə də çox xoşbəxtəm”.

Şik son dəqiqələrdə dubl etməsinə də münasibət bildirib: “Bu mövsüm 4-5 dəfə bu formada geridönüş etmişik. Son dəqiqə qolu hər zaman emosionallıq gətirir”.

Qeyd edək ki, iki oyunun cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer” Avropa Liqasında mübarizəni davam etdirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest