“Qarabağ” bu gün Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Bayer”in qonağı olacaq. Matc.az xəbər verir ki, Ağdam klubunun prezidenti Tahir Gözəl Bakıda təşkil olunan vacib konfransa qatıldığından, Leverkuzendəki qarşılaşmaya yollanmayıb.

Bakıda olan klub prezidenti komandaya uğurlar arzulayıb: “Qurban Qurbanov və bütün futbolçulara uğurlar arzulayıram. Bakıda keçirilən oyunda qeydə alınan 2:2 hesablı heç-heçə göstərir ki, qələbə üçün gücümüz, imkanımız var. Qarşımızda çox nəhəng komanda durur. Amma nəticədən asılı olmayaraq, “Qarabağ”ın öz oyununu, gücünü göstərməsi, nümayiş etdirdiyi futbolla alqış qazanması vacibdi”.

Tahir Gözəl komandadan əzmkar mübarizə gözləyir: “Tarixi gündə möhtəşəm mübarizədə qarşımızda nəhəng rəqib olsa da, özünə inanan güclü “Qarabağ” var. Komandamız mübariz ruhunu, əzmkarlığını göstərməlidi. Məğlubiyyət qorxulu deyil, bütün çempionlar uduzu. Əsas böyük ürəyin, mübarizliyin olmasıdı. Azarkeşlər, bizi sevənlər, bütün Azərbaycan görməlidi ki, meydanda iki böyük komanda mübarizə aparır”.

Qeyd edək ki, “BayArena”da keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest