05 Mart 2024, 19:49
FUTBOL
"Bavariya" kanadalı müdafiəçi Alfonso Deyvisə 2025-ci ilin yayında başa çatacaq müqavilənin uzadılmasını təklif edib.
Matc.az xəbər verir ki, futbolçu isə illik 20 milyon avro maaş istəyib. Münhenlilər bu məbləği ödəməyə hazır deyil. Bu səbəbədən kanadalının mövsümün sonu "Real"a keçmək ehtimalı olduqca yüksəkdir.
Almaniya klubu isə öz növbəsində yeni sol cinah müdafiəçisi roluna namizədlər barədə qərar verib. Favoritlər sırasında “Milan” və Fransa millisinin müdafiəçisi Teo Ernandesdir. Münhen komandası artıq futbolçu ilə ilkin danışıqlar aparıb.
"Qırmızılar" 26 yaşlı fransız üçün 60-70 milyon avro ödəməyi planlaşdırıllar. Deyvisin yerinə digər namizəd isə "Jirona"nın müdafiəçisi Migel Qutyerresdir. 22 yaşlı ispaniyalının müqaviləsində 30-35 milyon avroluq sərbəst qalma maddəsi var.